Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
933

Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq

19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

Hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində “Soyqırım memorial kompleksi”nidə də geniş qeyd olunacaq. “Avropa İrs Günləri” çərçivəsində qoruqlarda “açıq qapı” günləri və mədəni irsin qorunmasına həsr olunmuş maarifləndirici tədbirlər təşkil ediləcək. Ziyarətçilərin qoruqlara girişi ödənişsiz olacaq.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

XƏBƏRLƏR

23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir
21.01.2020 16:45
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
21.01.2020 16:37
Xətai Sənət Mərkəzində “Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi elan olunub
21.01.2020 16:37
Opera və Balet Teatrında "Eşq və Ölüm" baleti nümayiş olunacaq
21.01.2020 16:33
Mədəniyyət naziri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
21.01.2020 16:30
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xivədə Türk dünyası ölkələri poeziya günləri keçiriləcək
21.01.2020 16:29
Musiqili Teatrın yaradıcı kollektivi yeni tamaşanın premyerasına hazırlaşır
21.01.2020 12:03
“Qan yaddaşı” adlı tədbir keçirilib
21.01.2020 10:58
Ağcabədinin Şəhidlər xiyabanında anım tədbiri keçirilib
20.01.2020 13:38
20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi
20.01.2020 13:30
Ağstafa Regional Mədəniyyət İdarəsi 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirib
20.01.2020 13:29
Mərkəzi İncəsənət Məktəbində “Bitməyən acı” adlı anım tədbiri keçirildi
20.01.2020 12:37
Lənkəranda 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib
20.01.2020 12:34
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü silsilə tədbirlərlə qeyd olunur
20.01.2020 12:33
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
18.01.2020 21:27
“Şəhərin qış gecələri” tamaşasının premyerası olub