Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1818

Yeni tədris ilinə böyük inamla

Sentyabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təmirdən sonrakı vəziyyəti ilə tanışlıq və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi.

Əvvəl məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli qonaqları məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış etdi. Bildirildi ki, məktəb Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir edilib və yeni avadanlıqlarla təchiz edilib. Məktəbin kiçik iclas zalı, nəzəriyyə otaqları, rəqs zalı, eləcə də binanın fasad hissəsində abadlıq işləri həyata keçirilib. Təhsil ocağının nəzdində fəaliyyət göstərən skripka sexi də istifadəyə verilib. Tanınmış skripka ustası Orxan Hüseynov bu emalatxanada təkcə məktəb üçün deyil, həmçinin xarici ölkələrdə sərgilər üçün alətlər hazırlayır.

Məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində onlara yaradılan şərait üçün təşəkkürlərini bildirdilər.

Daha sonra tədbir bədii hissə ilə davam etdi.

Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov çıxış edərək kollektivi yeni dərs ilinin başlanması münasibətilə nazir Əbülfəs Qarayev və nazir müavini Sevda Məmmədəliyevanın adından təbrik etdi. Vurğuladı ki, əlamətdar haldır ki, məktəb yeni tədris ilinə yeni təmirdən çıxmış binada başlayır. Sektor müdiri çıxışı zamanı diqqətə çatdırdı ki, son illərdə respublikanın bir çox uşaq musiqi və incəsənət məktəbləri üçün yeni binalar tikilib, istifadədə olan tədris binaları əsaslı təmir edilib. Bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bədii təhsil sahəsinə göstərdikləri diqqət və qayğının təzahürüdür.

Sektor müdiri hazırda Heydər Əliyev Fondu tərəfindən V.Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbində əsaslı təmir işlərinin aparıldığını bildirdi. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən bu il 33 saylı Uşaq musiqi məktəbi əsaslı təmir olunub. Həmçinin 10 məktəbdə cari təmir işləri aparılacaq və istilik sistemi mövcud olmayan təhsil müəssisələrinin bu problemi aradan qaldırılacaq.

Vüqar Baxışov Mərkəzi İncəsənət Məktəbinin ötən tədris ilini uğurla başa vurduğunu dedi. Bildirdi ki, 5 nəfəri fərqlənmə olmaqla 77 məzun məktəbi müvəffəqiyyətlə bitirib. Məzunlardan 2019-2020-ci tədris ilində mədəniyyət və incəsənət sahələri üzrə təhsilini davam etdirmək üçün ali məktəblərə 7 nəfər, orta ixtisas məktəblərinə isə 2 nəfər daxil olub.

Qeyd olundu ki, nazirlik tərəfindən 2019-2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqədən uğurla keçən 6 müəllim Mərkəzi İncəsənət Məktəbinə işə qəbul olunub. Bu müəllimlərdən iki nəfəri müsabiqədə ən yüksək nəticə göstərənlərdir: “Məktəbin müəllim və şagirdləri müxtəlif beynəlxalq və respublika müsabiqə, festival və sərgilərində uğur qazanıblar. Onlar dövlət tədbirlərində, bayram və əlamətdar günlərdə yaxından iştirak edirlər. Ümidvaram ki, yeni tədris ilində də kollektiv daha səylə çalışacaq və bədii təhsilimizin inkişafına öz töhfələrini verəcək”.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov kollektivi təbrik edərək yeni dərs ilində uğurlar arzuladı. İl ərzində məktəblə birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən söz açdı.

Daha sonra yeni pedaqoji kadrlar kollektivə təqdim olundu. Məktəbin ali və orta ixtisas məktəblərinə qəbul olunan məzunlarına təşəkkürnamələr təqdim edildi.

Tədbir konsert proqramı ilə davam etdi. Məktəbin direktoru Əziz Qarayusifli və müəllimlər Hacı Məmmədzadə, Tatyana Qarayusiflinin ifasında F.Krommerin “İki klarnet üçün konsert”, şagirdlərinin ifasında D.Dadaşovun “Skerso”, K.Dmitreskunun “Kəndli rəqsi” və Azərbaycan xalq mahnısı “Sarı gəlin” səsləndi.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib