Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2251

Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı

Artıq neçə ildir ki, ölkədə teatr mövsümünün başlanğıcı sentyabr ortalarında ayrıca bir gündə və hər dəfə fərqli məkanda teatr ictimaiyyəti tərəfindən xüsusi mərasimlə qeyd edilir. Budəfəki mərasimin ünvanı Şuşa teatrı oldu.

Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycanda peşəkar milli teatrın 147-ci mövsümü açıldı.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi, 6 ünvanında keçmiş “Savalan” kinoteatrının binası Şuşa teatrının ixtiyarına verilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə aparılmış tikinti və yenidənqurma işlərindən sonra ötən il dekabrın 24-də teatrın binasının açılışı keçirilib. Burada kollektivin yaradıcı fəaliyyəti üçün şərait – 110 nəfərlik tamaşa salonu, müasir səhnə, rahat məşq və qrim otaqları var.

1992-ci ildən məcburi köçkün həyatı yaşayan, şəraitsizlik üzündən nizamlı yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilməyən Azərbaycanın ən qocaman teatr kollektivlərindən olan Şuşa teatrı üçün bu bina da müvəqqəti bir məkandır. Çünki teatrın kollektivi də, bütün şuşalılar kimi, öz doğma şəhərinə qayıdacağı günü gözləyir. Lakin o zamana qədər teatrın müvafiq şərait və imkanları olmalıdır ki, zəngin sənət tarixinə layiq yaradıcı fəaliyyət göstərə bilsin...

Beləliklə, Şuşa Dövlət Musiqili Dram Teatrı yeni binasının qapılarını milli teatr mövsümünün açılışına təşrif buyuranların üzünə açdı.

 

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, yeni teatr mövsümünün açılışının bu məkanda keçirilməsinin mənası dərindir. Bu gün Şuşa işğal altında olsa da, biz gələcəyə nikbin baxırıq. Bakıda qaçqınlıq həyatı yaşayan teatr normal yaradıcılıq şəraitində çalışmağa, tamaşalar oynamağa başlayır. Azərbaycan xalqı yaradıcı xalqdır, hər bir şəraitdə çalışmağa hazırdır. Biz əminik ki, ölkə rəhbərliyinin yeritdiyi siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək. İnanırıq ki, Şuşa teatrı da gələn mövsümlərdə öz şəhərində mövsümü açacaq, biz də həmin mərasimdə iştirak edəcəyik.

Əbülfəs Qarayev qeyd etdi ki, zəngin tarixi olan İrəvan teatrı da bizim diqqətimizdədir: “Harada İrəvan xanlığının adı varsa, onu yaşatmaq mənəviyyat məsələsidir. Ümidvaram ki, gələn mövsümdə İrəvan teatrının binasının açılışında iştirak edəcəyik”.

Nazir bildirdi ki, Tiflis Azərbaycan teatrının yeni bina ilə təmin olunması məsələsi də aktualdır. Azərbaycan və Gürcüstan hökumətləri arasında bu məsələ  həllini tapacaq. Həmçinin, Dərbənd Azərbaycan teatrının məkanı genişlənməlidir: “Azərbaycan peşəkar teatrının tarixinin mühüm səhifələri Bakı ilə yanaşı, Şuşa,  Tiflis, İrəvan və digər şəhərlərdə başlayıb və həmin şəhərlərdə də davam etməlidir”.

Nazir 2019-2020-ci il sənət mövsümündə teatr ictimaiyyətini gözləyən mühüm hadisələri də diqqətə çatdırdı: “Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, Yuğ teatrının 30 illik yubileylərini qeyd edəcəyik”.

Ölkə başçısının teatr sənətinə xüsusi qayğısını qeyd edən nazir bu qayğı sayəsində teatrlarımızın beynəlxalq səviyyədə də uğurla təmsil olunduğunu vurğuladı. Bildirdi ki, 1 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yaradıcı ziyalılar ilə görüşündə teatr xadimlərinin təklif və təşəbbüsləri dövlət başçısı tərəfindən müsbət qarşılanıb.

Nazir çıxışını bu sözlərlə bitirdi: "Teatr canlı orqanizmdir, onun ağrıyan, axsayan məqamları olsa da, sağlamdır. Bu kiçik salondan böyük teatr ictimaiyyətinə müraciət edərək deyirəm ki, sizin – Azərbaycan teatr sənətinin fədailərinin bu sənətin yaşamasında rolu böyükdür. Haqqınızı halal edin, hadisəyə çevriləcək uğurlar qazanın”.

***

Açılış mərasimi bitəndən sonra ev sahibi kollektiv bu mövsümün ilk premyerasını təqdim etdi. “Kitabi-Dədə Qorqud” dastanı boyları əsasında yazıçı-dramaturq Altay Məmmədovun qələmə aldığı “Dəli Domrul” pyesi oynanıldı.

Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib. Səhnə əsərinin rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Əsas rollarda Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva,  Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev çıxış edirdilər.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi