Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2586

Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov dahi bəstəkarın ömür yolundan və bənzərsiz yaradıcılığından geniş söhbət açıb.

Bildirib ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir. Builki festivalda Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış edəcək. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında - Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, festival çərçivəsində sentyabrın 25-də Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaqdır. Həmçinin həmin gün Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xatırladıb ki, milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü – sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir. Heydər Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının yubileyləri dövlət səviyyəsində qeyd edilir.

Azərbaycanda beynəlxalq musiqi festivalının ənənəvi olaraq keçirildiyini deyən S.Məmmədəliyeva qeyd edib ki, builki festivalda müxtəlif ölkələrdən çoxsaylı qonaqlar, musiqiçilər iştirak edəcək. Sentyabrın 18-dən 30-dək paytaxt Bakıda, bölgələrimizin konsert salonlarında musiqiçilər öz ifaları ilə tamaşaçıların zövqünü oxşayacaq. “Bu gün dahi Üzeyir Hacıbəylinin musiqisi Çindən Amerikayadək səslənir. Bu musiqinin işğaldan azad ediləcək Qarabağda səslənməsini hər bir azərbaycanlı arzulayır”, - deyə o əlavə edib.

Bugünlərdə mədəniyyət xadimlərinin bir qrupunun orden və medallarla təltif edildiyini xatırladan S.Məmmədəliyeva bildirib ki, onların arasında Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov da var. Mədəniyyət nazirinin müavini Sərdar Fərəcovu Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edir, ona uğurlar, yeni layihələr və yeni əsərlər yaratmağı arzulayıb.

Sərdar Fərəcov çıxış edərək, ölkəmizdə mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açıb, fəxri ada layiq görülməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Musiqi gününün Üzeyir Hacıbəylinin ev-muzeyində qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin sənətə, musiqiyə daim böyük önəm verib. Bu siyasət Prezident İlham Əliyev, həmçinin birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bölgələrimizdə musiqi məktəbləri açılır, festivallar keçirilir, muzeylər təmir olunur. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişafına xidmət edən tədbirlərdir.

Sonda Qara Qarayev adına musiqi məktəbi şagirdləri tərəfindən Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi