16-18 sentyabr 2019-cu il tarixində Ukraynada keçirilən “Kiyev Media Həftəsi” adlı beynəlxalq forumda Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Quliyeva iştirak edib.
2011-ci ildən etibarən təşkil olunan forum media sahəsində marketinq sənayesinin formalaşdırılmasında iştirak edir. Kiyev şəhərində keçirilən beynəlxalq forum çərçivəsində Avstriyanın ORF-Əməkdaşlıq Şirkətinin media üzrə səlahiyyətli nümayəndəsi Aleksandra Hopf, Bolqarıstanın CEETV kanalının vitse-prezidenti Stanislav Kimcev, Böyük Britaniyanın BBC Studiyasının Media Formatı üzrə Distributoru Kamila Budzilo ilə görüşlər keçirilib.
Görüşlərdə ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi uğurlar, nailiyyətlər, həyata keçirilən beynəlxalq layihələr haqqında ətraflı məlumat verilib. Həmçinin görüşlərdə beynəlxalq media qurumları ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.