Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2794

Şəhər və rayonlarda vətəndaşların növbəti qəbulları keçirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, sentyabrın 20-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan şəhərində Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşlarla görüşüb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhəri və Kəlbəcər rayonundan, nazir müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl yeni təmir-bərpa olunmuş Naftalan şəhər Mədəniyyət Mərkəzi, şəhər Tarix-Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvi adına Mərkəzi Kitabxana ilə tanış olub. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımları diqqətə çatdırıb. Hərbi hissələrlə sıx əməkdaşlıq, hərbi hissələrdə konsert proqramlarının və səyyar kitabxanaların təşkil olunmasının vacibliyi vurğulanıb. Nazir həmçinin bölgəyə gələn turistlərin mədəniyyət müəssisələrinin göstərdiyi xidmətlərdən yararlanması, istirahət mərkəzlərində səyyar kitabxanaların təşkil olunması və digər bu kimi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.

Naftalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinləri tərəfindən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması və digər məsələlər haqqında xahiş və təkliflər səsləndirilib.

Həmçinin Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, Samux rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, rayon Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilmişi, işlə təmin olunma barədə müraciətlər olub.

*     *     *

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Gəncədə keçirdiyi qəbulda Gəncə şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təmir olunması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni nəşr olunmuş kitabların verilməsi, Kəlbəcər rayon Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, fəxri adların  verilməsi və işlə təmin olunma ilə bağlı müraciətlər səsləndirilib.

*     *     *

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Goranboy sakinlərinin müraciətləri rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş əşyaların Tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayonda yerləşən türbələr kompleksinin təmir-bərpası, folklor qrupunun milli geyimlərlə təminatı, “Faxralı” xalçalarının qədim nümunələrinin eskizlərinin əldə olunması barədə olub. Həmçinin Xocalı sakinlərinin məskunlaşdığı Aşağı Ağca kənd qəsəbəsində Mədəniyyət mərkəzinin yaradılması, Xocalı şəhər Uşaq musiqi məktəbində saz sinfinin açılması, işlə təmin olunma barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, bəzilərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi