Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6184

Mədəniyyət naziri nazirliyin tabeliyindəki təhsil ocaqlarının müəllim kollektivini təbrik edib

Mədəniyyət naziri Əbülfəs Qarayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib.

Təbrikdə bildirilir ki, Azərbaycan xalqı onun gələcəyini işıqlandıran müəllim peşəsini həmişə müqəddəs hesab edib: “Elm, ədəbiyyat və mədəniyyətimizin bugünkü inkişafına görə öz maarif ziyasını əsirgəməyən fədakar insanlara minnətdarıq. Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər ziyalı ədiblərimiz dövrün çətinliklərinə baxmayaraq, xalqa olan böyük sevgiləri sayəsində parlaq gələcək üçün yorulmadan, usanmadan çalışmışlar. Məhz onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır. Bu gün həmin maarif carçılarının varisləri olan pedaqoqlarımız bu şərəfli missiyanı uğurla davam etdirirlər”.
Bildirilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkəmizdə bədii təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, mərkəzdə və bölgələrdə təhsil ocaqları təmir-bərpa olunur.

Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.

“Dövlətin bu sahəyə qayğısı, müəllimlərimizin öz bilik və bacarıqlarını əsirgəmədən şagirdlərə aşılaması nəticəsində bu gün incəsənətin müxtəlif sahələrində parlayan uşaq və gənclərimizin sorağı beynəlxalq festival və müsabiqələrdən gəlir. Dövlətimizin dəstəyi ilə gənclərimiz təhsillərini dünyanın məşhur musiqi təhsili ocaqlarında davam etdirirlər. Bütün bunlar müəllimlərimizin yorulmaz əməyinin bəhrəsidir”, - deyə nazirin təbrikində vurğulanır.
Əbülfəs Qarayev sonda bir daha müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ailə səadəti və müqəddəs peşələrində nailiyyətlər arzulayıb.

XƏBƏRLƏR

26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
18.03.2020 14:03
Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 10:27
Azərbaycan musiqi tarixinin korifeyi - Xan Şuşinski
17.03.2020 16:59
Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkar edilmiş və onun surəti əldə edilib
17.03.2020 16:19
Xalq artisti Rafael Dadaşov son mənzilə yola salındı