Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ənənəvi Respublika Foklor Festivalının seçim mərhələsi keçirildi.
Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli açaraq Respublika Folkor Festivalının əhəmiyyətindən danışdı, seçim mərhələləri bitdikdən sonra yekun tədbirin Bakı şəhərində keçiriləcəyini bildirdi.
Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin - C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət folklor kollektivi, Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor xalq kollektivi, Lerik rayonunun “Rəfti” Uzunömürlülər kollektivi, Astara rayonu Kakalos kənd mədəniyyət evinin “Əvəsor” folklor kollektivi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Ay lolu” rəqs qrupu, Boladi kənd klubunun “Kinəlim” rəqs qrupu, Masallı Regional Mədəniyyət İdarəsinin - “Halay” və “Masallı” rəqs qruplarının, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Biləsuvar rayonunun “Şəhriyar” foklor kollektivi, Salyan rayonunun “Ruhani” aşıqlar qrupu, Neftçala rayonunun “Ənənə” folklor kollektivi öz rəngarəng nömrələri ilə çıxış etdilər.
Tədbirdə Azərbaycan Dövlət İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, əməkdar artist Xoşbəxt Məmmədov, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti, əməkdar artist Elnur Süleymanov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Ramin Hüseynov münsiflər heyətinin üzvləri kimi iştirak etdilər.