Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
832

Teatrımızın canlı ensiklopediyası İlham Rəhimlinin 70 illiyi qeyd olunub

Oktyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın teatrşünas-tənqidçisi, jurnalist, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin 70 illik yubileyi qeyd olunub.

Tədbirdə İlham Rəhimli Azərbaycan mətbuatındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub.

Ahıl Jurnalistlər Birliyinin sədri Məzahir Süleymanzadə çıxışında İlham Rəhimlinin ömür yolundan və Azərbaycan teatrının tədqiqi istiqamətində gördüyü işlərdən söz açıb.

Bildirilib ki, o, 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Uzun illər “Kommunist” (indiki "Xalq qəzeti") qəzetində dərc olunan yazıları ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, İlham Rəhimli hər zaman azad düşünüb və düşündüyünü də sərt şəkildə qələmə alıb. “İlham Rəhimlinin Azərbaycan teatrı, xüsusilə də ölkəmizdən kənarda qoyulan tamaşalarımız haqqında yazdıqları bir ensiklopediyadır. Onun “Kəsişən paralellər” kitabı isə təklikdə bir elmi işdir”, - deyə Xalq artisti vurğulayıb.

Əməkdar jurnalist Əhməd İsayev yubilyarın Azərbaycan teatrına verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, İlham Rəhimli bütün qoyulan tamaşaları izləyib. Məhz onun verdiyi məsləhətlər sayəsində bəzi bayağı tamaşalar səhnəmizdən çıxarılıb. İlham Rəhimli bu nöqsanları görüb vaxtında aradan qaldıra bilib.

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli deyib: “İlham Əmirli 100-ə yaxın kitabların müəllifidir. Teatr aləmində o, böyük bir baza yaradıb. Onun əsərlərində hər bir truppanın üzvləri haqqında məlumat tapmaq mümkündür. Hətta məşhur olmayan, unudulub gedən aktyorlar da bu kitablarda yer alıb. O, bütün pyeslər, tamaşalar haqqında öz fikrini deyən bir teatrşünasdır”.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən İlham Rəhimli bundan sonra da Azərbaycan teatrının tədqiqi istiqamətində işlərini davam etdirəcəyini söyləyib.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq