Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3821

Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb

“YARAT” Müasir İncəsənət Məkanını XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgini təqdim edir.

Sərgi XX əsrin əvvəllərindən II Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir. 1900-1940-сı illər Azərbaycan tarixində siyasi, mədəni və sosial-iqtisadi cəhətdən zəngin etap kimi qalıb. Mürəkkəb geosiyasi mövqeyə malik Azərbaycanda gərgin siyasi mühit cəmiyyətin bütün sahələrinə təsirini göstərirdi. Əsrin əvvəlindən başlayan ictimai-siyasi proseslərin dərinləşməsi, 20-ci illərdən başlayaraq isə sovet rejiminin sosial idealizm nəzəriyyəsi dövlətçilik, milli demokratik və pantürkist simpatiyaları ilə gizli mübarizə aparırdı. Bu hadisələr fonunda ölkədə təsviri incəsənət ən mühüm və həlledici dövrünü yaşadı. Nəticədə incəsənət sahəsində forma və mövzular dəyişir, onun yeni növ və janrları yaranır. Ədəbiyyat və publisistika sahələrində cəmiyyətdə baş verən cüzi dəyişiklər əks-səda doğurur, zamanının aktual mövzularına dair şeir, poema, pyes və məqalələr yazılır. XX əsrə qədər mövcud olmuş dekorativ səciyyəli təsviri sənət indi realist məktəbinin ənənələri ilə yenilənir. Sovet rejiminin qurulmasından sonra rus rəssamlıq məktəbinin təhsili sayəsində qısa müddət ərzində Azərbaycan rəssamları səthi təsvirdən həcmliyə keçid edirlər. Yeni özünüifadə vasitələrinə yiyələndikcə, rəssamların müraciət etdikləri mövzuların dairəsi də dəyişir. Tərtibatçılıqdan sənədləşdirmə və süjet xəttinə keçid alaraq, yeni əsrin əsərləri tarixi əhəmiyyət kəsb edirlər. Burada milli mənsubiyyət, milli identifikasiya məzmunları əks olunur, cəmiyyətin inkişaf etməməsi və savadsızlığı kimi satirik forma ilə vurğulanır. Qadın azadlığı mövzusu xüsusi yer tutaraq, təsviri incəsənət və ədəbiyyatda milli ruhlu şeir və məqalələrlə birlikdə toxunulan mövzuya çevrilir.

"Danışır Bakı: 1900-1940-cı illər" sərgisi zamanın səsi olaraq siyasi, ictimai, mədəni-maarif və ədəbiyyat sahələrinin incəsənətə inikasını açıqlayır. Ekspozisiya rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov və şair(ə)lər Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiqin və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Dövlət Teatr Muzeyi, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub.  

Sərgini Goethe Zentrum-un “YARAT” Müasir İncəsənət Məkanına hədiyyə verilmiş və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) tərəfindən yaradılmış “Villa Petrolia” instalyasiyasının açılışı müşayiət edib. “Villa Petrolia” əsəri rəssamın araşdırmalarına əsaslanıb və məşhur malikanənin şərəfinə adlandırılıb. Bu instalyasiyada Bakı neft bumu dövründə tikilmiş qüllədən ibarətdir və onun içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq, rəssam tərəfindən toplanmış posterlər və video nümayiş olunur.

Sərginin kuratorları: Suad Qarayeva-Maleki və Fərəh Ələkbərli. 
Araşdırma: Zəhra Məmmədova.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb