Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1553

Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb

Oktyabrın 22-də Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.

Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgidə rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, Bədurə Əfqanlının şəxsi arxivindən götürülən əlyazmaları, rəsmləri ilk dəfədir sərgilənir.

“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli Xalq rəssamı Bədurə Əfqanlını XX əsr Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi adlandırıb. Bildirib ki, onun yaratdığı əsərlər bir məktəbdir. “Leyli və Məcnun” operası səhnəyə qoyularkən orada Bədurə Əfqanlının geyim eskizlərindən istifadə olunub. Bu günə qədər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və digər rəqs qrupları rəssamın eskizlərindən geyimlər hazırlayır və onu örnək kimi görürlər.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi professor Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın ilk qadın teatr rəssamı olan Bədurə Əfqanlı təsviri sənət tariximizdə müstəsna əhəmiyyətə malik olan sənətkardır. Qeyd edib ki, rəssam yaradıcı ömrünün 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr edib. O, bu sahələr üzrə olduqca dərin əsərlər yaradıb. Bununla da Bədurə Əfqanlı Azərbaycan teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Ötən əsrin ikinci yarısında formalaşan rəqs, geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır.

Təqdim olunan kitabda rəssamın sənətə gəldiyi dövrdən (1930) sonrakı 70 ildən artıq müddət ərzində teatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizləri toplanıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə rəssamın müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlər, onun əlyazmaları, yaradıcılığı ilə bağlı çap olunmuş materiallar, eləcə də arxiv fotoları nümayiş etdirilib. Sərginin ekspozisiyası Bakı İncəsənət Mərkəzinin, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarından, eləcə də rəssamın şəxsi arxivinə aid eskizlərdən tərtib olunub.

Tədbirdə milli musiqilərimiz səsləndirilib, “Naz eləmə” və “İnnabı” rəqsləri ifa olunub.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir