Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2150

Kinorejissor Əjdər İbrahimovun xatirəsi yad olunub

Görkəmli kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər İbrahimovun bu il 100 illik yubileyi qeyd olunur.

Bu münasibətlə oktyabrın 29-da kino ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək sənətkarı məzarı önündə andılar.

Mərasimdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. O, Əjdər İbrahimovu özünəməxsus yaradıcılıq üslubu ilə kino salnaməmizi zənginləşdirən, müəllif kinosunun bünövrəsini qoyan sənətkar kimi xarakterizə etdi. Bildirdi ki, Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olan sənətkar çəkdiyi hər bir ekran əsəri ilə minlərlə tamaşaçının kino zövqünü formalaşdırıb.

Qeyd olundu ki, 1919-cu il aprelin 29-da Aşqabadda dünyaya gələn rejissor 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. Burada Sergey Yutkeviç və Mixail Rommdan kinematoqrafiyanın sirlərini öyrənib.

1952-ci ildə yenidən Aşqabada qayıdıb, “Türkmənfilm” kinostudiyasında "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib.

Bakı kinostudiyasında işə başlayan Əjdər İbrahimov 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor olub. Quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə Bakı kinostudiyanın birgə istehsalı olan "Bir məhəllədən iki nəfər" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Rejissorun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri lentə alınıb.

Sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirən kino xadimi ekran həyatı verdiyi "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri ilə böyük şöhrət qazanıb.

Keçmiş ittifaqın nüfuzlu mükafatlarına layiq görülən Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn edilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi