Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
684

Muğam Mərkəzində Şirvan aşıqlarının konserti olacaq

Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Şirvan aşıqları konsert proqramı ilə çıxış edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin budəfəki konsertində tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər sevilən aşıqların ifaları dinləniləcək. Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən “Muğam axşamları”, “Dastan gecələri”, “Etnik musiqi inciləri”, “Aşıq musiqisi axşamları”nı qeyd edə bilərik.

XƏBƏRLƏR

18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb