Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
661

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operası nümayiş edilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası nümayiş edilib.

Səməd Vurğunun eyni adlı pyesinin motivləri əsasında qələmə alınmış opera böyük şair Molla Pənah Vaqifin keşməkeşlərlə dolu həyatı və mübarizəsindən bəhs edir. Opera dəfələrlə müxtəlif redaksiya və quruluşlarda Teatrda səhnəyə  qoyulmuş və Azərbaycanın  ən məşhur vokal ustaları bu tamaşada maraqlı obrazlar yaratmışlar. 

Tamaşada əsas partiya- şair Vaqifin obrazını Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa edib.

R. Qasımovla yanaşı, səhnə sərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev , Nina Makarova və başqaları çıxış ediblər.

Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.

Aktyorların məharətli çıxışı operan baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

XƏBƏRLƏR

18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb