Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1511

Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək

Noyabrın 14-dən 17-dək Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfrans keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda, Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının ildönümünə təsadüf edəcək.

Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan mütəxəssislərin qatılacağı konfransda 39 məruzə dinləniləcək. Çıxışlar rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın kuratorluğu ilə keçirilən konfrans çərçivəsində ikigünlük akademik sessiya, muzeyin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalça Muzeyi” adlı kitabın təqdimatı, “İpək hekayətlər” sərgisinin açılış mərasimi, moda nümayişi, ustad dərsləri və mədəni proqram nəzərdə tutulub.

Qeyd edək ki, özbək ipək toxuculuq texnologiyasına həsr edilmiş “İpək hekayətlər” sərgisində “ikat” istehsalının bütün mərhələləri təqdim olunacaq. Ekspozisiyanın mühüm hissəsini qədim “ikat”, ənənəvi geyimlər, süzanə, interyer tikmələrin növləri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edəcək. Eyni zamanda, Rusiya Etnoqrafik Muzeyi eksponatlarının replikaları olan ipək və pambıq kuklaların kolleksiyası nümayiş olunacaq. Özbəkistanda “ikat” istehsalı və bu texnologiya ilə istehsal olunmuş parçaların müasir dəbdə istifadəsi videoçarx vasitəsilə göstəriləcək.

Eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində latviyalı modelyer Evita Smanuhinanın “Frozen Dreams” adlı moda nümayişi olacaq, LLmood konsepsiyasına uyğun kətan və yundan hazırlanan geyimlər təqdim ediləcək. Konfransın üçüncü günü Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları tərəfindən xalça toxuma texnologiyasına, xalça eskizləri və onların xüsusiyyətlərinə, çətən istehsalına dair ustad dərslər keçiləcək.

XƏBƏRLƏR

24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir
21.01.2020 16:45
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
21.01.2020 16:37
Xətai Sənət Mərkəzində “Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi elan olunub
21.01.2020 16:37
Opera və Balet Teatrında "Eşq və Ölüm" baleti nümayiş olunacaq
21.01.2020 16:33
Mədəniyyət naziri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
21.01.2020 16:30
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xivədə Türk dünyası ölkələri poeziya günləri keçiriləcək
21.01.2020 16:29
Musiqili Teatrın yaradıcı kollektivi yeni tamaşanın premyerasına hazırlaşır
21.01.2020 12:03
“Qan yaddaşı” adlı tədbir keçirilib
21.01.2020 10:58
Ağcabədinin Şəhidlər xiyabanında anım tədbiri keçirilib