Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
884

Dövlət Xidmətinin rəisi UNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru ilə görüşüb

Noyabrın 15-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov UNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, UNESKO-nun eksperti Dimitri Voyakini qəbul edib.

Qonağı səmimiyyətlə salamlayan Zakir Sultanov ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verərək Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb. Azərbaycanın bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusi ilə UNESKO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Hazırda ölkəmizdə bir sıra tarixi abidələrdə bərpa-konservasiya işlərinin həyat keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada bərpa-konservasiya işləri həyata keçirilir.

UNESKO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, UNESKO-nun eksperti Dimitri Voyakin Böyük İpək Yolu üzərində yerləşən tarixi məkanlarda tədqiqatların aparılması məqsədi ilə noyabrın 10-dan ölkəmizdə səfərdə olduğunu bildirib. Səfər çərçivəsində bir sıra tarixi məkanlarımıza o, cümlədən Çıraqqala, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu, “Allah-Allah” və “Diri baba” türbələri, eləcə də qədim Gəncə, Şəmkir, Şabran, Ağsu və Qəbələ şəhər yerləri ilə tanış olub.

Vurğulayıb ki, Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərin, burada yerləşən tarixi abidələrin UNESKO-nun Dünya İrs Siyahısına salınması məsələsi böyük əhəmiyyətə malikdir.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

XƏBƏRLƏR

06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir