Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1790

Nazir müavini Sevda Məmmədəliyeva Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb

2019-cu ilin 16 noyabr tarixində VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının direktoru Mixail Piotrovski arasında görüş keçirilmişdir.

Görüş zamanı Sevda Məmmədəliyeva Dövlət Ermitajının baş gərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumunun əsas tədbirlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu qeyd etmiş, ölkələrimiz arasında çoxşaxəli mədəni əlaqələrin son zamanlarda dərinləşməsinin hər iki ölkənin muzeyləri arasında sıx əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsi və mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsinə müsbət təsir edəcəyindən əminliyini ifadə etmişdir.

Sevda Məmmədəliyeva 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirak edəcəyini vurğulayaraq, növbəti il üçün rəngarəng tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirilməsində Dövlət Ermitajı ilə əməkdaşlığın töhfə verəcəyini və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacığını bildirmişdir.

Dövlət Ermitajının direktoru öz növbəsində nazir müavinini salamlayaraq bu görüşdən məmnunluğunu ifadə etmiş, ortaq mənəvi dəyərlərə malik Azərbaycan və Rusiya arasında qarşılıqlı mədəni əlaqələrin gücləndiyini vurğulamışdır.

M.Piotrovski 2017-ci ildə Bakı şəhərində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını qeyd etmiş və səmimi qonaqpərvərliyə görə öz təşəkkürünü bildirmişdir. O, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək niyyətində olduğunu və Azərbaycanın 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həyata keçirəcəyi layihələrlə bağlı dəstək verilməsinə hazır olduğunu qeyd etmişdir.

Görüş ikitərəfli münasibətlər zəminində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizə aid tədbirlər planı ətrafında müzakirələrlə davam etmişdir.

Həmin günün sonunda Sevda Məmmədəliyavanın rəhbərliyi altında nümayəndə heyəti “Şəxsi muzeylər” mövzusuna həsr olunmuş diskussiya panelində iştirak etmişdir. Diskussiya  panelinin əsas spikerləri arasında Suad Qarayeva-Maleki “Yarat” Müasir İncəsənət Məkanına aid geniş təqdimat keçirmiş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir