Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
839

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində Kuba və Bəhreyn Mədəniyyət nazirləri ilə görüş keçirib

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisə səfəri çərçivəsində Kuba və Bəhreynin Mədəniyyət nazirləri ilə görüşmüşdür.

Kubanın Mədəniyyət naziri Alpidio Alonso Grau ilə keçirilən görüşdə nazir Əbülfəs Qarayev iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın sədri kimi Mədəniyyət Nazirliyinin Azərbaycan ilə Kuba arasında yalnız mədəniyyət sahəsində deyil, digər sahələrdə də əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir. Nazir, Komissiyanın sədri qismində Kubaya iki dəfə səfər etdiyini  və səfərlər zamanı Kuba rəhbərliyi ilə iki ölkə arasında  əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığını bildirmişdir. Eyni zamanda nazir Kubada Azərbaycan mədəniyyət günlərinin keçirildiyini qeyd etmiş və bildirmişdir ki, hələ Sovet dövründə Azərbaycan ilə Kuba arasında təhsil, idman, mədəniyyət, tibb sahələrində əlaqələr yüksək səviyyədə inkişaf etmişdir.

Kubanın Mədəniyyət naziri görüş üçün öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu yaxınlarda Kubanın prezidenti Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü iştirak məqsədilə səfərdə olmuşdur və Bakıdan çox gözəl təəssüratlarla qayıtmış, səfərdən sonra Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz tapşırıqlarını vermişdir. Kuba Mədəniyyət naziri bu məqsədilə iki ölkə arasında hüquqi bazanın möhkəmləndirilməsi üçün mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi və fəaliyyət proqramının hazırlanmasının faydalı olacağını da qeyd etmişdir.

Nazir Əbülfəs Qarayev bu sahədə böyük təcrübənin olduğunu və müvafiq sənədlərin ilkin layihələrinin qısa müddət ərzində Kuba tərəfindən göndəriləcəyini bildirmişdir.

Sonda nazir Şəki və onun tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində və Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasında göstərilən dəstəyə görə Kuba tərəfinə təşəkkürünü bildirmişdir.

Daha sonra Bəhreynin Mədəniyyət naziri Şeixa Mai bint Mohamed Əl-Xəlifə ilə görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilmiş və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Nazir Əbülfəs Qarayev qeyd etmişdir ki, Azərbaycanın 2018-2019-cu illər üzrə Ümumdünya İrs Komitəsinə sədrlik edəcəyi Komitənin Bəhreyndə keçirilmiş 42-ci sessiyası zamanı qərara alınmışdır. Nazir, həmçinin Bəhreyn tərəfinin Bakıda keçirilən sessiya zamanı Şəki və onun tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsində dəstək göstərdiyini qeyd edərək qarşı tərəfə təşəkkürünü bildirmişdir.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi məsələsi də müzakirə edilmişdir.

Nazir Əbülfəs Qarayev Bəhreynin Muhərrəq şəhərinin UNESKO-nun Yaradıcı şəhərlər Proqramına daxil edilməsi münasibətilə həmkarını təbrik etmiş və Bakı şəhərinin də bu proqrama daxil edildiyini və bunun iki şəhər arasında əməkdaşlığın inkişafı üçün platforma olacağını qeyd etmişdir.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir