Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
920

UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir

UNESKO baş qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyası çərçivəsində  Mədəniyyət nazirlərinin birinci Forumu öz işinə başlamışdır.

Forumda 100-dən çox ölkənin Mədəniyyət nazirləri iştirak edir. Forum çərçivəsində “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji”, “Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, “Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və “İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel keçiriləcəkdir.

Forumu açıq elan edən UNESKO baş direktoru Odre Azuley tədbirin əhəmiyyətinə toxunaraq Baş Konfrans çərçivəsində ilk dəfə həyata keçirilən Forumun həm üzv dövlətlər arasında, həm də üzv dövlətlərlə təşkilat arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etmişdir.

“Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji” mövzusuna həsr olunmuş paneldə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etmişdir. Nazir çıxışında mədəniyyət və mədəni irsin qorunması sahəsində ölkə və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların ənənələrini qoruyub saxlamaqla əsrlərdir sülh şəraitində birgə yaşadıqlarını, həmçinin ölkədə mövcud olan mədəni və dini abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyini, bu sahədə Heydər Əliyev Fondunun və Fondun prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etmişdir.

Ə.Qarayev, həmçinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında 2008-ci ildən ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” nin rolunu vurğulayaraq bu təşəbbüs çərçivəsində həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının mədəni müxtəliflik və dialoqu təşviq etməklə dünyada dayanıqlı inkişafa töhfə verdiyini bildirmişdir.

Birinci paneldə Azərbaycanla yanaşı Əlcəzair, Andorra, Anqola, Benin, Xorvatiya, Nikaraqua, Hindistan, Burkina-Faso, Konqo, Fransa, Şimali Makedoniya, Mavritaniya, Paraqvay və Çinin mədəniyyət sahəsinə məsul nazirləri çıxış edəcəkdir.

XƏBƏRLƏR

06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir