Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1924

Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə görüşmüşdür

UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin  ilə görüşlər keçirmişdir.

Görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahələrində əməkdaşlıq məsələləri müzakirə edilmiş, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılmışdır. Nazir Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat vermişdir.

İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə keçirilmiş görüşdə nazir Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirak məqsədilə İsveçrəyə səfərini xatırlayaraq Forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd etmişdir. İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən Əbülfəs Qarayev hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını və İsveçrə innovasiya və yaradıcı sənaye sahələrində öndə gedən ölkələrdən biri olduğundan Azərbaycanın bu sahədə İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.

Nazir, həmçinin Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu qeyd edərək müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə keçirilmiş görüşdə də iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi vurğulanmışdır.

Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə Əbülfəs Qarayev Koreyanın yaradıcı sənaye sahəsində inkişaf etmiş ölkə olduğu və Mədəniyyət Nazirliyinin bu sahədə Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.

Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə görüşdə Əbülfəs Qarayev cari ilin dekabr ayında Kolumbiyada keçiriləcək UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın komitə üzvü kimi iştirak edəcəyini bildirmişdir. O, 2013-cü ildə sözügedən Komitənin iclasının Bakıda keçirildiyini qeyd edərək tədbirin təşkilində uğurlar arzulamışdır.

Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşdə Əbülfəs Qarayev cari ilin 17-19 dekabr tarixlərində “Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019” Mədəniyyət ili çərçivəsində Tunisdə keçiriləcək Mədəniyyət nazirlərinin 11-ci İslam Konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin iştirak edəcəyini bildirmiş və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramının razılaşdırılacağını qeyd etmişdir.

Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumunda iştiraka dəvət etmişdir.

Nazir Əbülfəs Qarayev Forum çərçivəsində Burkina-Faso, İspaniya, Braziliya, Çin, Menteneqro və digər ölkələrin nazir və nazir müavinləri ilə müzakirələr aparmışdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi