Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
271

“Cafe General Lavine” müasir musiqi layihəsi maraqla qarşılandı

Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir musiqi əsərlərindən ibarət “Cafe General Lavine" adlı proqram təqdim olundu.

Noyabrın 29-da gerçəkləşən proqramdan əvvəl musiqişünas Sara Muradova çıxış edərək musiqi gecəsi haqqında məlumat verdi, K.Debüssi və A.Şönberqin əsərlərinin səsləndiriləcəyini dedi. Bəstəkarların yaradıcılığı və səslənəcək əsərlərin özəlliyini vurğulayan musiqişünas dedi ki, K.Debüssinin 3 noktürn silsiləsindən "Pəri", "Buludlar", "Şənlik" əsərləri ifa olunacaq. Bu noktürnlərdən "Buludlar" Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev tərəfindən solo alətlər ansamblı üçün işlənilib. Eyni zamanda bəstəkar bura fransız şairi Stefan Mallarmenin sözləri əsasında vokal partiya da əlavə edib.

Sara Muradova gecədə “Cafe General Lavine" əsərindən "Üç prelüd" (“Kanope”, “Atəşfəşanlıq”, “Genereal Lavine eksentrik”) əsərinin səslənəcəyini və bu əsərin də Fərəc Qarayev tərəfindən simfonik orkestr üçün yenidən işləndiyini diqqətə çatdırdı. O da bildirildi ki, əsərin premyerası ötən ilin noyabr ayında Moskvada Kremlinin Böyük konsert zalında keçirilib. Qeyd edilən əsərlərin ifası alqışlarla qarşılandı.

Konsertin ikinci hissəsində atonal musiqinin və 12 tonlu kompozisiyanın pioneri sayılan A.Şönberqin "Aylı Pyero" vokal silsiləsi təqdim olundu. Vaxtilə bəstəkarın "İntizar" monodramını və violin konsertini kamera tərkibi üçün işləyən Fərəc Qarayev bu dəfə əksinə orijinalda beş alət üçün nəzərdə tutulan Jironun şeirlərinə "Aylı Pyero" vokal silsiləsini simfonik orkestr üçün hazırlayıb. 2018-ci ildə İsveçdə premyerası olan əsər “Universal Edition” nəşriyyatına göndərilib.  Nəşriyyat öz növbəsində əsəri mərhum bəstəkarın ailəsinə yollayaraq Fərəc Qarayevin işini əsərin gələcək ifası müsbət rəy kimi dəyərləndirib. Xalq artisti XX əsrin ən mühüm partituralarından biri hesab edilən bu əsər üzərində gərgin iş aparıb. Burada həssaslıq tələb edən nüans Şönberq musiqisinin böyük orkestrdə belə orijinalla ziddiyyət təşkil etməməsi idi. Buna görə də yeni versiyada bütün alətlərin solosu dəyişilməz qalıb, hətta hər bir notun xarakteri qorunub. F.Qarayevin sözləri ilə desək, böyük simfonik orkestr Şönberqin 1912-ci ildə qoyduğu qaydalara əsasən əsəri ifa edən iki kamera ansamblına çevrilir.

“Cafe General Lavine” konsertində Azərbaycan Dövlət Simfonik Orkestri ifasında təqdim olundu. Dirijor Əməkdar artist Fuad İbrahimov və solist, soprano Fəridə Məmmədova idi. Proqram tamaşaçıların böyük alqışları ilə sona yetdi.

Qeyd edək ki, Azərbaycan dinləyicisinin müasir musiqi konsertlərinə marağının artmasında F.Qarayevin bədii rəhbəri olduğu və ilk dəfə 2007-ci ildə keçirilən "Zamanla üz-üzə" müasir musiqi layihəsinin xüsusi rolu var.

XƏBƏRLƏR

13.12.2019 17:54
Mədəniyyət naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
13.12.2019 16:53
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq
13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir