Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1740

Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

Dekabrın 5-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti olub.

Konsert Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Belə tədbirlərin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

Qeyd edilib ki, Tamaş Erdi ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edir. Uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşğul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Tədbirin əhəmiyyətindən söz açan Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə həmişə, tarixən xeyriyyəçiliyə diqqət yetirildiyini bildirib. “Müasir dövrdə musiqi olduqca böyük əhəmiyyətə malikdir. Uşaqların gələcəyində, fəaliyyətində musiqinin müstəsna rolu var. Bir çox tədqiqatlar göstərir ki, musiqi uşaqlarda müsbət emosiyalar formalaşdırır və onların yüksək nəticələr əldə etməsinə stimul verir.

Bu baxımdan uşaqlarda musiqiyə sevginin aşılanması olduqca önəmlidir”, - deyə F.Qurbanov söyləyib.

İki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan danışan təhsil nazirinin müavini Macarıstanda hazırda 600 azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb. Nazir müavini xeyriyyə konsertindən əldə olunacaq gəlirin Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanmasına və sağlamlıq imkanları məhdud olan uşaqlar və 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiləcəyini vurğulayıb.

Konsert çərçivəsində macarıstanlı musiqiçi azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Əməkdar artist Əyyub Quliyevlə səhnəni paylaşıb.

Ə.Quliyev bir çox məşhur xarici simfonik orkestrlə, o cümlədən Royal Filarmoniya Orkestri, Fransa Radiosu Filarmonik Orkestri, Vyana Kamera Orkestri, Mariinski Teatrının Simfonik Orkestri və digərləri ilə əməkdaşlıq edir. Bununla yanaşı o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktorudur.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada tədbirə özəl gətirilmiş qış mövsümünün başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılıb.

Xatırladaq ki, 2018-ci ildə Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilib. Tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli respublika xüsusi internat məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına yönəldilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi