Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə 12 dekabr 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə anım tədbiri keçirib.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Ulu öndər Heydər Əliyevin xatirəsinin həmişə əziz tutulduğunu vurğulayıb, “Heydər Əliyev - Azərbaycan xalqının lideri” mövzusunda çıxış edib.
Tədbir ümummilli lider Heydər Əliyevin həyatından, ölkəmizin quruculuq və inkişafı istiqamətində gördüyü misilsiz işlərdən bəhs edən şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Müstəqil Vətənin Memarı” poeması əsasında hazırlanmış sənədli-bədii televiziya filminin nümayişi ilə davam edib.