Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1473

Regionlarda ustad dərsləri davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bərdə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Yevlax şəhərində təşkil olunmuş “Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradıcılığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili” adlı ustad dərslər başa çatıb.

Regionda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş ustad dərslərdə Bərdə, Yevlax, Mingəçevir və Tərtər rayonlarının mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə), klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər.

Ustad dərsləri təqdim edən mərkəzin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili qeyd edib ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır. Bu onun göstəricisidir ki, xalq teatrı istər gənc istedadların üzə çıxarılması, istər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində gənclər üçün çox lazımlıdır. Ona görə də xalq teatrlarının təbliğat maşını işləməli, yeni formatlı, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir. Bildirib ki, keçən ildə Yevlax şəhərində mərkəz tərəfindən xalq teatrlarla bağlı seminar keçirilib.

Dərslərdə Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, yüksək texnologiyalar dövründə ənənəvi teatrı ancaq müasir üsullar, müasir yanaşma yaşada bilər. Sahə üzrə mövcud problemlərin həlli yolları müzakirə edilməli, xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatlar axtarıb tapılmalıdır. Ustad dərslər çərçivəsində yeni formatda interaktiv tamaşa nümayiş olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib