Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2270

Azərbaycanda ilk dəfə Vokalçılar Festivalı keçiriləcək

Xəbər verildiyi kimi, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı Azərbaycan Vokalçıları Festivalı keçirəcək.

“Mədəniyyət” kanalının direktoru, Festivalın ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov dekabrın 17-də start veriləcək festival barədə AZTV.Az-a açıqlama verərək bildirib ki, bu, ümumrespublika miqyaslı bir layihədir. Onun sözlərinə görə, Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq keçirilir.

Festivalın əsas məqsədi Azərbaycan klassik musiqisinin inkişafı və təbliğ etdirilməsi, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

“Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanıb, bu günümüzə gəlib çıxıb. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül tərəfindən qoyulan bu sənət bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur.

Görkəmli müğənnimiz Bülbül Şərq və Qərb mədəniyyətini – klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaradıb. Daha sonra Azərbaycan vokal janrında səsləri heç zaman unudulmayan ifaçı dalğası əmələ gəldi. Əlbəttə ki, biz hamımız belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki bu gün yetişməkdə olan gənc nəsil həmin klassikləri dinləyərək nələrisə öyrənir, mənimsəyir.

Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycan Vokalçıları Festivalının da bu janrın inkişafına mühüm töhfə verəcəyinə əminəm. Çünki bu festivalda həm müxtəlif yaş hədlərində olan vokalçılarımız, həmçinin artıq bu sənətdə öz sözünü demiş peşəkar klassik vokalçıların da ifalarını eşidəcəyik.

Əlbəttə, bütün bunlar, belə bir təşəbbüsün yaranması dövlətimizin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz də böyük həvəslə bu işin məsuliyyətini öz üzərimizdə daşımaqdan qürur duyuruq. İdeyalarımızın realaşması üçün dövlətimizin dəstəyi olmasa, bu kimi layihələri həyata keçirmək mümkün olmazdı.

Bildiyiniz kimi, Heydər Əliyev Fondu və şəxsən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mədəni layihələrə xüsusi önəm verir və onları hər zaman diqqət mərkəzində saxlayır. Mədəniyyətlərarası dialoq forumları, irimiqyaslı festivalların və müxtəlif səpkili tədbirlərin mütəmadi şəkildə keçirilməsi bunun bariz göstəricisidir. Məhz bu diqqət və qayğı bizi ruhlandırıb, hazırkı Festivalın gerçəkləşdirilməsinə zəmin yaratdı. Ümidvaram ki, dövlətin bizə göstərdiyi etimadı doğruldacağıq”, - deyə R.Qasımov qeyd edib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb