Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3354

Köln şəhərində konsert: “Qara Qarayev – ölməz düha”

Almaniyanın Köln şəhərinin məşhur “Sankta Klara” kamera musiqisi zalında “Qara Qarayev – ölməz düha” adlı konsert təşkil olunub.

XIV əsrin qədim tarixi abidəsi olan “Sankta Klara Keller”də keçirilən konsert görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr edilib.

Konsert Köln şəhərinin mədəniyyət şöbəsinin, Alman–Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə reallaşıb.

Əvvəlcə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samira Patzer çıxış edərək, Qara Qarayevin yaradıcılığından, Azərbaycan və dünya musiqisində tutduğu yerdən söz açıb. O, Qara Qarayevin yaradıcılığının Qərb musiqisi ilə əlaqələrini vurğulayıb, eyni zamanda, Qarayev musiqisinin muğam sənəti ilə bağlılığını qeyd edib.

Azərbaycan Respublikasının Əməkdar artisti Elnara İsmayılova (piano), Anar İbrahimov (skripka), Martin Lindsej (vokal, Almaniya) Qara Qarayevin kamera-instrumental əsərlərini ifa ediblər. Konsertdə Qara Qarayevin seçilmiş prelüdləri, “Don Kixot” simfonik qravüralarından parçalar, skripka və fortepiano üçün sonata, “Yeddi gözəl” baletindən parçalar, Puşkinin sözlərinə bəstələnmiş iki romansı və digər əsərləri səsləndirilib.

Deklamasiya sənətkarı Peter Tonqer Qara Qarayevin musiqi haqqında sitatlarını, görkəmli şəxsiyyətlərin onun haqqında fikirlərini səsləndirib. O, dahi Azərbaycan şairi və filosofu Nizaminin, ispan yazıçısı Servantesin, rus şairi Puşkinin əsərlərindən parçalar oxuyaraq, Qara Qarayevin zəngin mənəviyyatını, yüksək səviyyəli intellekt aləmini iştirakçılara çatdırıb.

Tədbirdə Kölndə yaşayan rəssam Margarita Kərimova-Sokolovanın “Musiqinin yaranması” silsiləsi və Qara Qarayevin musiqisinə həsr etdiyi rəsm əsəri nümayiş olunub.

Pianoçu Elnara İsmayılovanın Qara Qarayevin fortepiano əsərlərindən ibarət olan və Almaniyanın WDR şirkətində yazılmış diski, daha sonra Almaniyanın “Bellman“ nəşriyyatında çıxmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Qara Qarayevin fortepiano üçün seçilmiş əsərləri” notları təqdim edilib.

Tədbirdə Köln şəhərinin mədəniyyət şöbəsinin rəisi Kristof Müller, WDR radio və televiziya şirkətinin nümayəndəsi, Qara Qarayevin musiqisi ilə yazılan disklərin prodüseri Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru professor Tilman Klaus, Köln Musiqi Akademiyasının dekanı Brigitte Lindner, alman ictimaiyyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Müvəffəqiyyətlə keçən konsert qonaqların böyük marağına səbəb olub, Qara Qarayev musiqisi dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi