Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
309

Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib

17 yanvar 2020-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.

Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi barədə və “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında”, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova isə “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzularında çıxış etmişlər.

Tədbirdə Azərbaycan Teatr Dövlət Muzeyinin təşkilatçılığı ilə 20 yanvar şəhidi, professor, kimyaçi alim İsmayıl Musa oğlunun həyat yoldaşı Gülüş Mursaqulova və 20 yanvar əlili Mürsəl Əsgərov qanlı yanvar günlərindəki hadisələrlə bağlı xatirələrini bölüşüblər.

1990-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fotoqrafı işləyən Boris Dobin Bakıda törədilən qırğınları və fəlakətin nəticələrininin fotolarını çəkmiş və bu kadrları buklet şəklində çap etdirərək dünya ictimaiyyətinə çatdırmışdı. Tədbirdə bütün çıxışlar B.Dobinin 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət slayd-şou ilə müşayiət olunmuşdur.

Tədbirdə 20 yanvar hadisələrini əks etdirən sənədli film və Azər Rzayevin “Bakı-90” simfoniyasının videoyazısı nümayiş olunmuşdur

XƏBƏRLƏR

20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq