Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
273

Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə ölkəmizin azadlığı və müstəqilliyi uğurunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimdə çıxış edən qoruğun direktoru Vüqar İsayev 20 Yanvar faciəsi haqqında danışıb. Qeyd edib ki, bu dəhşətli hadisə yaxın tariximizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub: “Ölkəmizin azadlığı uğrunda canlarını qurban verən şəhidlər bu günü öz qanları ilə həm də Azərbaycan xalqının milli oyanış və qəhrəmanlıq salnaməsi kimi müasir tariximizə yazıblar. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları xalqımızın tarixinə parlaq səhifə yazdılar. Xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar”.
Vüqar İsayev diqqətə çatdırıb ki, xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilən bu tarixi hadisəyə ilk dəfə siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib.
Daha sonra 20 Yanvar hadisələrdən bəhs edən videoçarx nümayiş olunub, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin mədəniyyət mərkəzinin rəssamlıq kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi, eləcə də 20 Yanvar hadisələrini əks etdirən fotostend nümayiş olunub.

XƏBƏRLƏR

20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq