Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1456

Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib

Yanvarın 22-də Horadiz şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib. Dövlət Dram Teatrında keçirilən tədbirdə N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib.

Polkovnik Elşad Əbilov çıxış edərək, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının xidmətlərindən, azərbaycanlıların cəbhədə göstərdiyi misilsiz rəşadətdən danışıb. Bildirib ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən xilas olması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Natiq Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun hərb tarixində müstəsna xidmətlərindən, keçdiyi döyüş yolundan ətraflı bəhs edib. Bildirib ki, Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İkiillik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin edilib.

Həzi Aslanov İkinci Dünya müharibəsində Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərib. Döyüşlərdəki şücaətinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İki dəfə “Qırmızı ulduz”, üç dəfə “Qırmızı bayraq”, “Aleksandr Nevski”, 2-ci dərəcəli “Suvorov”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri və saysız medallarla təltif olunub.

1945-ci il yanvarın 24-də Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman mina partlamasından yaralanıb və çoxlu qan itirərək həyatla vidalaşıb. Ölümündən 47 il sonra - 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. O, bu ada iki dəfə layiq görülən yeganə azərbaycanlıdır.

Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev çıxışında Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümü münasibətilə keçirilən tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini yüksək qiymətləndirib. Füzuli Dövlət Dram Teatrının Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar “Qafqaz dağlarından boylanan günəş” adlı poetik xalq tamaşası hazırladığını bildirib.

Sonra tədbir iştirakçıları “Qafqaz dağlarından boylanan günəş” adlı poetik xalq tamaşasına baxıblar. Əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Xurşud Babayeva və başqaları çıxış ediblər.

Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs edən tamaşa əsgər və zabitlər tərəfindən böyük maraqla qarşılanıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb