Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
732

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar

Yanvarın 23-də Bakıda səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri - Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin Humanitar işlər şöbəsinin müdiri Tamilla Əhmədova, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova və həmin kitabxananın elmi və tədris işləri üzrə direktoru Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, “İPR MEDİA”nın baş direktoru Natalya İvanova və “İPR MEDİA”nın layihə koordinatoru Vita Kutuyeva Milli Kitabxanada görüş keçiriblər.

Kitabxanadan bildirilib ki, görüş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans çərçivəsində baş tutub.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssislərini qəbul edən Milli Kitabxananın direktoru Kərim Tahirov görüş zamanı kitabxana proseslərinin modernləşdirilməsi və qlobal informasiya məkanına inteqrasiyası, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, həmçinin Milli Kitabxanada kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual biblioqrafik xidmət imkanlarından danışıb.

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da olan qonaqlar, həftənin 7 günü və günün 24 saatı fasiləsiz işləyən bu məkanın qabaqcıl təcrübəsi ilə yaxından tanış olmaqla yanaşı, burada istifadəçilərə göstərilən elektron və onlayn xidmətlər, açıq səma altında təşkil edilən tədbirlər haqqında məlumat əldə ediblər.

Daha sonra qonaqlar Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi”, “Kolleksiyaların və informasiya resurslarının mühafizəsi”, “Not nəşrləri və səsyazmaları”, “Mədəniyyət tədbirlərinin təşkili” şöbələrində, oxu zallarında, “Beynəlxalq əməkdaşlıq zalı” ilə tanış olublar. Onlar kitabxananın sosial-mədəni fəaliyyətləri, istifadəçilərə informasiya xidmətlərinin müasir metodları, elektron kitabxana sistemi, elektron kataloqu, eləcə də virtual xidmətləri ilə yaxından maraqlanıblar.

Sonra Kərim Tahirov tərəfindən Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan, ingilis və rus dillərində) “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitablar və Azərbaycanın tarixi və mədəniyyət abidələrini əks etdirən xəritə qonaqlara təqdim edilib.

XƏBƏRLƏR

25.09.2020 14:54
Respublika Gənclər Kitabxanası Beynəlxalq İnternet Forumda iştirak edib
25.09.2020 14:23
“Avropa İrs Günləri” layihəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək
24.09.2020 17:40
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu
24.09.2020 17:31
“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın milli ekspertlərinin onlayn görüşü keçirilmişdir
24.09.2020 17:02
“Tarixin yaddaşı unudulmur: Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilib
24.09.2020 10:07
“Digitalart-lab” layihəsi davam edir
24.09.2020 08:21
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
23.09.2020 16:22
Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü
23.09.2020 10:25
“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb
22.09.2020 16:24
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.2020 14:05
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək
22.09.2020 12:02
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir
22.09.2020 10:09
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib