Respublika Gənclər Kitabxanasında "Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş sərgi keçirilib
2715
10.08.2018
10.08.2018 04:02
12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.
Bu əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Gənclər Günü” adlı sərgi təşkil edilmişdir. Sərginin məqsədi gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.
Sərgiyə baxış həftə ərzində davam edəcək.