Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2644

Mədəniyyət naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul etdi. Görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov da iştirak edirdi.
Qonaqları səmimi salamlayan nazir Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Yanvar ayının sonunda paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransın böyük rezonans doğurduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu tədbirlə bağlı müsbət rəylərin səsləndiyini vurğuladı. Qeyd olundu ki, gələcəkdə bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin qədim və zəngin mədəniyyəti, irs nümunələri haqqında qonaqlara məlumat verən nazir eyni zamanda incəsənət sahəsində Rusiya ilə uğurlu əlaqələrdən söz açdı, Azərbaycanın müxtəlif ölkələrlə də faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, son illərdə Rusiya ilə mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və hər iki ölkədə keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini dedi və bu tədbirlərin hər zaman maraqla qarşılandığını söylədi.
Nazir söhbət əsnasında rusiyalı qonağı bu il Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq Humanitar Forumda yaxından iştiraka dəvət etdi.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səmimi qəbula görə təşəkkürünü bildirdi. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması ilə bağlı fikirlərini bölüşərək Azərbaycan nümayəndə heyətini bu mötəbər tədbirdə görməkdən məmnun olacağını diqqətə çatdırdı.
Daha sonra görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib