Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
994

Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib

Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının İncəsənət Şəbəkəsinin (Arts Network) direktoru Karoline Mebay (Caroline Meaby) ilə görüş keçirib.

Görüşdə 2019-cu ildə Britaniya Şurası ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilmiş tədbirlər və gələcək planlar barədə müzakirələr aparılıb.

Ə.Qarayev bildirib ki, ötən bir il müddətində ölkədə yaradıcı sənayenin inkişaf etdirilməsi ilə bağlı bır sıra addımlar atılıb, “Kreativ Azərbaycan” portalı və loqosu təsis olunub. Portal bu sahədə fəaliyyətlərin əlaqələndirilməsinə və vahid istiqamətdə həyata keçirilməsinə imkan verir. Nazir Britaniya Şurası ilə birgə “Creative Spark” proqramı çərçivəsində layihə həyata keçirildiyini qeyd edib. O, həmçinin ümumilikdə yaradıcı sənayelərlə məşğul olan biznes nümayəndələri və fərdlərlə bir sıra layihələrin reallaşdırıldığını bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il ölkədə “Könüllülər ili” elan edilib. Bununla əlaqədar yaxın zamanda Kreativ Azərbaycan Könüllülük Hərəkatının yaradılması nəzərdə tutulub. Bu sahədə biznesin inkişaf etdirilməsi, biznes modellərinin yaradılması və startapların dəstəklənməsi məqsədilə ölkədə kreativ biznes mərkəzinin açılması üçün hazırda BP və digər təşkilatlarla danışıqlar aparılır.

Karoline Mebay Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə ölkədəki tərəfdaş dövlət qurumları və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan məmnun olduqlarını qeyd edərək Britaniya Şurasının fəaliyyətinə göstərilən dəstəyə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda Britaniya Şurası bir sıra ölkələrdə maraqlı layihələr həyata keçirir. Bu layihələrdən ən əhəmiyyətlisi “Crafting Futures” layihəsidir. Layihə yaradıcı bizneslə məşğul olan insanlara və təşkilatlara bu sahədə bilik və bacarıqların öyrədilməsi ilə bağlı dəstək göstərməkdən ibarətdir. K.Mebay layihə ilə əlaqədar Azərbaycana da səfərin təşkil olunduğunu qeyd edib.

Ə.Qarayev Britaniya Şurasının layihələrini yüksək qiymətləndirdiyini, təkcə yaradıcı sənayelərlə bağlı deyil, həm də teatr, musiqi və digər sahələrdə Britaniya Şurasının layihələrinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir hazırda Azərbaycanda yaradıcı sənayelərin inkişafı ilə bağlı 2020-2025-ci illər üçün İnkişaf Proqramı hazırlandığını, ilkin mərhələdə proqramın konseptual təhlilinə və onun strategiyasının hazırlanmasına Britaniya Şurasının dəstəyi ilə müvafiq xarici ekspertlərin də cəlb olunduğunu bildirib. Həmçinin qeyd edib ki, növbəti mərhələdə də bu prosesə xarici ekspertlərin cəlb olunması nəzərdə tutulur.

Görüşün sonunda gələcək əməkdaşlıq üçün irəli sürüləcək təşəbbüs və layihələrin qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunub.

XƏBƏRLƏR

30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki