Qırğızıstanın Xalq şairinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olunub
1050
19.02.2020
19.02.2020 02:35
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstanın Xalq şairi, bu ölkənin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevi fəxri fərmanla təltif edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı fəxri fərmanı Xalq şairinə onun Ankarada- TÜRKSOY-un mərkəzi qərargahında keçirilən yubiley mərasimində təqdim edib.
Fəxri fərmanda görkəmli qırğız şairinin Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliğində səmərəli fəaliyyəti ilə əlaqədar təltif edildiyi bildirilir.