Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
278

Gənc fotoqrafın fərdi sərgisi

Fevralın 18-də İçərişəhərdəki Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəlizadənin “Spektrum” adlı fərdi sərgisi açıldı.

Mədəniyyət Nazirliyi və “İçərişəhər” Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Gədəbəy Aşıq Məktəbinin saz ixtisası üzrə 3-cü sinif şagirdi Sahil Nağıyevin xoş ifası ilə başladı.

“İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova çıxış edərək sərgi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki Bakı Fotoqrafiya Evi yarandığı gündən gənc fotoqraflara dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirir. Bu gün keçirilən sərgi də bunlardan biridir.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev və Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu gənc fotoqrafı təbrik edib, ona uğurlar arzuladılar.

Sonda Xaliq Vəlizadə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Xaliq Vəlizadə 1993-cü ildə Şəmkir şəhərində anadan olub. Hazırda Şəmkir Regional Mədəniyyət İdarəsində fotoqraf, həmçinin Azərbaycan Skautlar Assosiasiyasında könüllü fotoqraf kimi çalışır. Çəkdiyi fotolar daha çox sənədli fotoqrafiya üslubundadır. Eyni zamanda təbiət, portret, astrofotoqrafiya, tarix və başqa janrlarda da fotolar çəkir. “Baku photo” və “Azərbaycanım” adlı foto müsabiqəsinin finalçılarından biridir. Bir çox müsabiqələrdə iştirak edən gənc fotoqraf 2019-cu ildə Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası zamanı keçirilən “İpək Yolu gənclərin gözü ilə’’ adlı beynəlxalq fotosərgidə “Gənc musiqiçi” adlı foto ilə ölkəmizi təmsil edib.

Qeyd edək ki, Xaliq Vəlizadənin Bakı Fotoqrafiya Evində sərgisi martın 1-dək davam edəcək.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb