Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3509

Beşinci Buktreyler Festivalının səsi bəlli oldu

Kitabı tanıdın, kitabla tanının!
Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının 5-ci sezon video-loqosu təqdim olunub. V Buktreyler Festivalının yubiley səsi şair, yazıçı, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi (2019) Ramiz Rövşəndir.
https://youtu.be/03rj9Vvrass
Bu barədə kinaktyor Ruslan Sabirli məlumat vermişdir: «Bildiyiniz kimi, bu il Buktreyler Festivalı artıq 5 illik yubileyini qeyd edir. Ona görə də Festivalın bu ilki səsinin aparıcılardan kiminsə deyil, məhs ədəbiyyat sahəsində öz sözünü demiş bir şəxsiyyətin, sənətkarın olmasını istədik və bu şəxsin hər kəsin sevimlisi olan Ramiz Rövşən olacağına qərar verdik. Ramiz müəllimə təşəkkür edirik ki, etiraz etmədi və bizim layihəyə dəstək olmağa razılıq verdi.Düşünürəm ki, belə bir sənətkarın V Buktreyler Festivalının səsi olması həm bir təşkilatçı olaraq mənə, həm də festival iştirakçılarına böyük bir hədiyyədir. Bu cür sənətkarla tanışlıq və görüşü təşkil etdiyi üçün yazıçı, jurnalist,  "525-ci qəzet"in  baş redaktoru,  Azərbaycan Yazıçılar Birliyinin  katibi, Rəşad Məcidə dərin minnətrdarlığımı bildirirəm.»
Qeyd edək ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.
Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel, 2020
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib