Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
911

Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Məlum olduğu kimi, Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı danışıb.

Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.

Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. Filmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

Müraciətdə deyilir: “Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən də, bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq. Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq”.

XƏBƏRLƏR

31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb