Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
667

Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da günün tələblərinə uyğun olaraq təmamilə onlayn xidmətə keçmiş və öz oxucularına kitabxananın rəsmi saytı - www.ryl.az, “Instagram” səhifəsi (https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana…) “Facebook” səhifəsi (https://www.facebook.com/profile.php?id=100011349961279) və www.azlibnet.az saytı vasitəsilə xidmət göstərir. Martın 20-dən kitabxananın sosial şəbəkələrdəki səhifələrində “Evdə qal. Mütaliədən qalma”, “Evdə qal. Ədəbiyyat və mədəniyyət incilərini tanı”, “Evdə qal. Dünyamızı və ölkəmizi tanı” həştəqləri ilə müxtəlif aksiyalara start vermişdir.
“Evdə qal. Mütaliədən qalma” adlı aksiya qısa müddətdə ətrafında kifayət qədər istifadəçi kütləsi toplamağa müvəffəq olmuşdur. Bu aksiyalar çərçivəsində kitabxananın əməkdaşları və fəal istifadəçiləri müxtəlif kitablar haqqında məlumat verirlər.
“Evdə qal. Ədəbiyyat və mədəniyyət incilərini tanı” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları dünya və Azərbaycan ədəbiyyatının və mədəniyyət sahəsinin görkəmli xadimləri haqqında hazırlanmış videoçarxlar vasitəsilə öz istifadəçilərinə məlumatlar verirlər.
“Evdə qal. Dünyamızı və ölkəmizi tanı” adlı aksiya isə bütünlükdə istifadəçiləri dünya ölkələri və şəhərləri haqda məlumatlandırmağa yönəldilmişdir.
Sözügedən aksiyalar çərçivəsində kitabxana əməkdaşları tərəfindən 50-ə yaxın videoçarx hazırlanmışdır. Onlar mütəmadi olaraq kitabxananın “Instagram” və “Facebook” səhifələrinə yerləşdirilir.
Hal-hazırda Kitabxananın “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nı özündə əks etdirən www.azlibnet.az saytı istifadəçilərin evdən çıxmayaraq, öz mütaliə sorğularını cavablandırmağa yönəldilmişdir. Bu sayt vasitəsilə istifadəçilər 14 bölmədə toplanmış çoxlu sayda kitablardan yararlanmaq imkanına malikdirlər. Kitabxananın ryl.az@mail.ru elektron ünvanı 24 saat ərzində fəaliyyət göstərir və hər bir istifadəçi www.azlibnet.az saytında kitab yükləməsi ilə bağlı problem yarandığı təqdirdə kitabxananın əməkdaşları elektron poçt vasitəsilə kitabı istifadəçiyə göndərə bilərlər.
Kitabxananın sosial şəbəkələr vasitəsilə istifadəçilər ilə onlayn söhbət-müzakirələr təşkil edir, əlamətdar günlər və digər oxucuların marağına səbəb ola biləcək məlumatlar paylaşırlar.
Respublikamızda mövcud vəziyyətin davam edəcəyi müddət ərzində kitabxana bu istiqamətdə və daha da geniş şəkildə fəaliyyətini davam etdirəcəkdir.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq