Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
1289
02.04.2020
02.04.2020 04:39
Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. #evdəqal...biz birlikdə güclüyük! şüarına dəstək olaraq görkəmli pianoçu vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib. O, bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse Przezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa səsləyiblər. Biz bu müraciətlərə dəstək olmalıyıq.
O, bütün mədəniyyət və incəsənət xadimlərini də koronavirusla mübarizə aksiyasına qoşulmağa dəvət edib.