Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
387

İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"

"Evdə qal!" kampaniyasına qoşulun və virusa yoluxmayın. Ölkədə tətbiq edilən karantin rejimi də bunu tələb edir. Ziyalılar, tanınmış elm və incəsənət xadimləri, Xalq artistləri də “Həyatın evdə” olması qənaətindədirlər ki, onlardan biri də Xalq artisti İlham Namiq Kamaldı.

Xalq artisti AZƏRTAC-a açıqlamaısnda bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqımızın, millətimizin və hər birimizin sağlam gələcəyi naminə tədbirlər həyata keçirirlər: “Bizim öhdəmizə düşən evdə qalmaqla dövlətə dəstək olmaqdır. Mən Şamaxıda bağımda "Evdə qal!" kampaniyasının tələblərinə ciddi əməl edirəm. Hamını bir-birinə dəstək olmağa çağırıram”.

Xalq artıstı deyib ki, artıq dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası ilə hamı mücadilə aparmaqdadır. Hər kəs bu bəladan xilas olmağa çalışır. Dünya tibb elmi hələ real bir müsbət nəticə əldə edə bilməsə də, bu faciədən birdəfəlik qurtarmaq üçün yollar axtarılır. İnanıram ki, mütləq uğurlu bir nəticə əldə olunacaq və dünya birliyi, insanlar yenə də öz sağlam həyat rejiminə qovuşacaq, həyatın ahəngdar ritmi ilə yaşamağa davam edəcəklər.

“Xalqımızı, eləcə də sənət yoldaşlarımı koronavirusla bağlı qaydalara riayət etməyə çağırıram. Bu, ilk növbədə, vətəndaşların özlərinin sağlamlığı üçün lazımlıdır. Hamıya məsləhət görürəm ki, çölə çıxmadan mütləq şəkildə deyilənlərə əməl etsinlər. Bu zarafat deyil, virus ciddi məsələdir. Bu tək Azərbaycanda deyil, bütün dünyanı ağuşuna alıb. Ona görə də qorunmaq lazımdı. Bu qədər oxumalı kitab, jurnal, qəzet, baxılmalı film, tamaşa, araşdırılmalı məlumat, telefon, internet olan yerdə darıxmaq heç yada da düşmür. Mənə elə gəlir ki, indiki dövr adətən vaxt qıtlığından şikayətlənən yaradıcı adamlar üçün əlverişli bir fürsətdir. Evdə qalmaqla həm özünü xəstəlikdən kənar saxlayır, həm də iş-güc, həyat, məişət qayğılarından imkan tapıb görə bilmədiyin yarımçıq işləri başa çatdırırsan. Mövcud təlimata uyğun hərəkət etmək lazımdır. Bir halda ki, evdə oturmaq, sosial izolyasiya ilə bu gözəgörünməz bəladan qorunmaq mümkündür, onda gəlin evdə oturaq. Evdə qalaq, zərurət olmadıqda bayıra çıxmayaq, bir müddət ən yaxın və doğma adamlarla belə, vizual təmasdan uzaq olaq. İndi virtual əlaqə formaları kifayət qədər çoxdur. Hesab edirəm ki, gigiyenik qaydaları gözləməklə, immuniteti möhkəmlətməklə, habelə həkimlərin məsləhətlərinə əməl etməklə özümüzü, ətrafımızı, doğmalarımızı və cəmiyyətimizi hər cür təhlükədən qorumalıyıq. Ən vacibi isə, biz bu davranışla dövlətimizə kömək etmiş olarıq, bu, həm də dünyanı bürüyən bəladan az itki ilə çıxmağımıza səbəb olar. Məncə bunu hər kəs ciddi nəzərə almalıdır”,-deyə Xalq artisti vurğulayıb.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq