Azərbaycan Dövlət Akademik Filarmoniyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
3917
27.04.2020
27.04.2020 06:09
Azərbaycan Dövlət Akademik Filarmoniyası dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürdüyü təşəbbüsə qoşulub.
Azərbaycan Dövlət Akademik Filarmoniyası ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.