Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
629

“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi

Mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi. Konfrans Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşdı.

Tədbir İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderatorluğu ilə keçirildi. İki hissədən ibarət konfransın birinci hissəsində Şirin Məlikova tədbir iştirakçılarını salamlayaraq sözü Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya verdi.

Sevda Məmmədəliyeva 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə konfrans iştirakçılarını təbrik etdi. Dünya üçün çətin bir dönəmdə konfransa qatılan bütün iştirakçılara, alim və mütəxəssislərə təşəkkürünü bildirdi. Qeyd edildi ki, 18 may dünyada muzey işçiləri üçün çox əlamətdar bir tarixdir. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olun Muzeylər günü bu il "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik" devizi altında keçirilir. İncəsənətin bərabərliyi bu gün bir-birindən ayrı və sosial izolyasiya şərtlərində olan minlərlə insanı birləşdirən bir şüar kimi səslənir və sənətin cəmiyyətin həyatındakı bənzərsiz, humanist rolunu bir daha vurğulayır. Vurğulandı ki, bu gün muzey işi mədəniyyət sahəsinin ən önəmli sahələrindən biridir. Muzey təkcə ziyarət edilərək ilham alınacaq bir məkan anlamından çıxaraq böyük sosial məna daşımağa başlayıb. Azərbaycanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının təmin edilməsi üçün dövlət səviyyəsində layihələr həyata keçirilir. Bu gün muzey işində də sağlamlığı məhdud insanlar üçün inklüziv layihə və proqramları uğurla həyata keçirilir: “Deməli, muzeylər işçi qüvvələrində, sərgilərdə, tədris proqramlarında və ziyarətçilər arasında inklüzivlik təmin edilməlidir. Bu sahədə xidmət göstərilən icmaların bütün üzvləri üçün təhlükəsiz, hərtərəfli şərait yaradılmalıdır”.

Sevda Məmmədəliyeva çıxışında bu gün Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycanın erməni işğalı altında olan bölgələrində tariximiz-mədəni mirasımız böyük dağıntı və mənimsəməyə məruz qalıb. Nazir müavini sonda beynəlxalq konfransın işinə uğurlar arzuladı.

Daha sonra Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə məsləhətçi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin (Hindistan) professoru, İCOM-un keçmiş vitse-prezidenti Amareswar Gallanın çıxışları dinlənildi. Beynəlxalq ekspertlər məruzələrində mövzu ilə bağlı təcrübələrini bölüşdülər. Bu sahədə qarşıya çıxan suallar, yeniliklər haqqında məlumat verdilər.

Konfransın ikinci hissəsində ölkəmizdən muzey mütəxəssislərinin məruzələri dinlənildi. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi qurumun bu sahədə təcrübəsi, həyata keçirdiyi layihələrlə bağlı məlumat verdi.

YARAT Müasir İncəsənət Məkanının direktoru Suad Qarayeva-Maleki müxtəlif kateqoriyalı ziyarətçilər üçün reallaşdırılan layihələrdən söz açdı, bu istiqamətdə fəaliyyətin davamlı olaraq təkmilləşdirildiyini diqqətə çatdırdı. Bildirdi ki, hazırlanan yeni layihələr karantin rejimindən sonra da tətbiq ediləcək.   Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Mərkəzi, “İçərişəhər” Muzey Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, habelə paytaxtımızda fəaliyyət göstərən ev, xatirə və mənzil muzeylərinin direktorları mövzu ilə bağlı müzakirələrə qoşularaq fikrilərini bölüşdülər.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova və digərləri çıxışları zamanı fiziki məhdudiyyətli ziyarətçilər üçün muzeylərdə reallaşan layihələr haqqında məlumat verdilər.

Sonda İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova konfrans iştirakçılarına təşəkkürünü bildirdi.

XƏBƏRLƏR

02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib
19.06.2020 17:59
“Mənim balaca Şahzadəm” qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibidir
19.06.2020 10:13
Kuklaçılar “Qara balığın nağılı”nı təqdim ediblər