Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
266

Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb

Özbəkistanın “orol24.uz” portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin Ermənistan tərəfindən dağıdılması ilə bağlı rus dilində məqalə yayıb.

Tanınmış tarixçi alim Rüzvan Hüseynovun “Abidələrlə müharibə. Azərbaycan Ermənistanı müsəlman dünyasına qarşı cinayətlərdə günahlandırır” sərlövhəli məqaləsində bildirilir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində minlərlə nadir tarixi, dini və mədəniyyət abidəsi dağıdılıb, təhqir edilib və ya saxtalaşdırılıb.

Yazıda bildirilir ki, ermənilər Şuşada Yuxarı Gövhərağa məscidini fars abidəsi kimi bərpa edib və bu abidəyə “Fars mədəniyyət mərkəzi” adı verilib. Məlumdur ki, məscid XIX əsrdə Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər Ağanın əmri ilə inşa olunub. Ermənilər bünövrəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulan Şuşa qalasını da eyni məqsədlə bərpa etməyi nəzərdə tuturlar.

Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizə təyin edilmiş yeni səfirinin etimadnaməsini qəbul edərkən bu məsələyə də toxunaraq deyib: “Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal olunmuş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta heyvan saxlanılır. Bu çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar vardır. Onları internetdə də tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

Yazıda qeyd olunur ki, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda kurqanlar, məscidlər, Qafqaz Albaniyasına aid abidələr və digər maddi-mədəniyyət nümunələri dağıdılıb.

Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xurşidbanu Natəvanın, Mir Mövsüm Nəvvabın mülkləri, Köçərli və Mərdinli cümə məscidləri, Molla Pənah Vaqifin türbəsi, qədim qəbiristanlıqlar məhv edilib.

Yazıda Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərimizdə dağıdılan abidələr, məktəblər, mədəniyyət evləri, parklar haqqında da söhbət açılır.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc edilib.

XƏBƏRLƏR

30.10.2020 18:33
Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi
30.10.2020 09:36
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
28.10.2020 19:48
“Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda brifinq keçirilib
28.10.2020 17:17
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
27.10.2020 18:33
Əməkdar artist Etibar Qasımbəyli vəfat edib
27.10.2020 16:27
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb