Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
258

Respublika Uşaq kitabxanası “Asılı olma, azad ol” layihəsinə qoşulub

F.Köçərli adına Respublika Uşaq kitabxanası “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin iyulun 15-dən oktyabrın 15-dək həyata keçirdiyi “Asılı olma, azad ol” layihəsinə qoşulub.

Layihənin məqsədi yeniyetmə və gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısını almaq üçün onlara narkotik maddələrin, siqaretdən istifadənin və alkoqollu içkilərin insanın ruh və bədən sağlamlığına vurduğu zərərləri elmi əsaslarla izah etmək və cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir.

Layihə çərçivəsində yeniyetmə və gənclərin maarifləndirilməsi üçün “Siqaretdən uzaq dur” adlı kitabçalar nəşr olunub və Respublika Uşaq kitabxanasına hədiyyə edilib. Respublika Uşaq kitabxanası öz növbəsində hədiyyə edilən 550 ədəd kitabça və bukletlərin respublikada fəaliyyət göstərən uşaq kitabxanalarına göndərilməsini təmin etməklə layihəyə dəstəyini göstərəcək.

XƏBƏRLƏR

30.10.2020 18:33
Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi
30.10.2020 09:36
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
28.10.2020 19:48
“Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda brifinq keçirilib
28.10.2020 17:17
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
27.10.2020 18:33
Əməkdar artist Etibar Qasımbəyli vəfat edib
27.10.2020 16:27
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb