24.09.2020 03:31
Azərbaycan peşəkar milli teatrı olan Şuşa Dövlət Musiqili Dram Teatrı 147-ci mövsümünü açıb.
Teatrın yaradıcı heyəti teatr mövsümünü milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” komediyası ilə açıb.
Səhnə əsəri teatrın “Facebook” səhifəsində yayımlanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.