Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
320

Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi açılıb

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ölkə başçısının müvafiq Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə virtual sərgi açıb.

Sərgi xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək məqsədilə həyata keçirilib.

Sərgidə ailə arxivindən götürülmüş fotolar, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş İkinci Dünya müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş edilir.

Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin qalibi, gənc bəstəkar Tural Məmmədliyə məxsus “Zəfər müjdəsi” marşı istifadə edilib.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

XƏBƏRLƏR

30.10.2020 18:33
Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi
30.10.2020 09:36
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
28.10.2020 19:48
“Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda brifinq keçirilib
28.10.2020 17:17
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
27.10.2020 18:33
Əməkdar artist Etibar Qasımbəyli vəfat edib
27.10.2020 16:27
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb