12.10.2020 02:46
1982-ci ilin yanvar ayında məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olmuşdur.
Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə-dahi şairin məzarı üzərində inşa edilmişdir. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilmiş, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılmışdır.