Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1693

Əməkdar artist Etibar Qasımbəyli vəfat edib

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli 2020-ci il 27 oktyabr tarixində, 63 yaşında vəfat etmişdir.

Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1964-1974-cü illərdə Səbail rayonu 132 saylı orta məktəbdə oxumuş, 1966-1971-ci illərdə Nəsimi rayonu 1 saylı Musiqi məktəbində qarmon sinfində musiqi təhsili almışdır.

1974-cü ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən müsabiqədə seçilərək Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında əmək fəaliyyətinə başlamışdır. Ansamblda görkəmli bəstəkar Cahangir Cahangirovun və milli rəqsin ustadı Əlibaba Abdullayevin rəhbərliyi altında çalışmışdır. İşlədiyi müddət ərzində ansambl ilə birlikdə bir çox xarici – Avstriya, Belçika, Niderland, İtaliya, İspaniya, Fransa və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Konsert Birliyinə musiqi rəhbəri vəzifəsinə qəbul olunmuş və onun tərkibində yaratdığı “Koroğlu” ansamblının bədii rəhbəri kimi 2005-ci ilə kimi çalışmışdır. Həmin ansambl ilə müxtəlif xarici ölkələrdə görkəmli sənətkarlar Şövkət Ələkbərova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Sara Qədimova, Tükəzban İsmayılova və başqaları ilə iştirak edərək onları müşaiyət etmişdir. 1981-ci ildə Belçikada keçirilmiş rəqs festivalının laueratı və 1989-cu ildə Yaponiyada keçirilmiş “İpək Yolu” festivalının diplomantı olmuşdur.

Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışmışdır.

2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Amansız ölüm istedadlı sənətkarı aramızdan apardı. Etibar Qasımbəylinin əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində  daima yaşayacaqdır.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib