Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1598

Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri 28 il sürən işğaldan sonra şanlı Ordumuz tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı.

Bütün xalqımız kimi, Azərbaycanın mədəniyyət ictimaiyyəti də bu zəfər xəbərindən sonsuz qürur duyur. Azərbaycanın dilbər guşəsi Şuşa milli mədəniyyətimizin beşiyi, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərimizin, bir çox məşhur sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin vətənidir.

Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir”.

Şuşanın işğaldan azad olunması eyni zamanda Azərbaycan mədəniyyətinin dirçəlişi deməkdir. 1992-ci ilin 8 mayında Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan mədəniyyətinə ağır zərbə idi. İşğal nəticəsində şəhərdəki mədəniyyət ocaqları – muzeylər, kitabxanalar, mədəniyyət evi, rəsm qalereyası, musiqi məktəbləri dağıdılıb talan edilib, tarixi tikililər, memarlıq nümunələri, abidələr məhv edilib.

Azərbaycan Ordusunun 2020-ci il 8 noyabr zəfərindən sonra Şuşa ilə bağlı mədəni irsimizin də yeni tarixi başlanır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Noyabrın 9-da, Dövlət Bayrağı Günündə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, görkəmli tarzən Ramiz Quliyev, digər tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətimizin unudulmaz hamisi Heydər Əliyevin məzarını ziyarət etdilər. Ulu öndərin məzarı önünə gül dəstələri düzüldü, xatirəsi dərin ehtiramla yad edildi. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olundu, məzarın önünə gül dəstələri qoyuldu.

Fəxri xiyaban Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlərin uyuduğu məkandır. Dahi bəstəkar Üzeyir Hacıbəyli, milli vokal sənətimizin banisi Bülbül, dünya şöhrətli xalçaçı-rəssam Lətif Kərimov, korifey teatr rejissoru Mehdi Məmmədov, eləcə də əslən şuşalı olan görkəmli musiqi xadimləri – bəstəkarlar Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, maestro Niyazi, müğənni Rəşid Behbudov və digər görkəmli sənətkarların məzarları buradadır.

Şuşanın işğaldan azad olunması münasibətilə bu şəhərdə doğulan, Şuşanın mədəni mühitindən bəhrələnən görkəmli şəxsiyyətlərin məzarları ziyarət olundu. Məzarların üzərinə gül dəstələri qoyuldu.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qeyd etdi ki, bu gün burada toplaşmağımızda məqsəd əslən Şuşadan olan dahi sənətkarların xatirəsini yad etməkdir: “Hər birinin ruhları şad olsun. Çünki Qarabağın qəlbi Şuşa şəhəri düşməndən azad olunub. Bu münasibətlə mən bütün Azərbaycan xalqını, ürəyi Azərbaycanla döyünən bütün insanları təbrik edirəm. Şuşa bizim qeyrət qalamız, kimliyimizdir. 28 ildir ki, biz Şuşanın həsrəti ilə yaşamışıq. Sağ olsun Ali Baş Komandan, sağ olsun Azərbaycan Ordusu ki, bizlərə bu qalibiyyəti bəxş etdilər. Mən əminəm ki, gələn il Şuşada böyük bir tədbir keçirəcəyik. Cıdır düzündə Qarabağ atlarının belində çövkən oyunu təşkil edəcəyik. Şuşanın bütün mədəniyyət abidələrini, xalçalarımızın solan rənglərini bərpa edəcəyik”.

Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət etdilər. Anar Kərimov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinə ehtiramını bildirdi, ailələrinə başsağlığı verdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb