Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1137

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yanında yaradılan İctimai Şuranın videokonfrans formatında görüşü keçirilmişdir.

Cari ilin dekabrın 25-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərlinin sədrliyi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı yaradılan  İctimai Şuranın üzvləri ilə videokonfrans formatında təsis görüşü keçirmişdir. Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin Ermənistan Respublikası tərəfindən dağıdılması, mənimsənilməsi və vandalizmə məruz qalması, dağıdılmış daşınmaz tarix və mədəniyyət abidələrinin vəziyyətinin qiymətləndirilməsi və bərpası ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

Videokonfrans iştirakçılarını salamlayan Azad Cəfərli  işğaldan azad edilmiş ərazilərimizdə yerləşən daşınmaz tarix və mədəniyyət abidələri, onların əhəmiyyəti və Ermənistan Respublikasının dağıdıcı və vandalizm aktları nəticəsində məhv edilmiş və mənimsənilmiş abidələrimizin hazırkı vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verdi.

Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin və mədəniyyət müəssisələrinin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlamışdır. Aparılan ilkin monitorinqlər zamanı 177 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, habelə 368 mədəniyyət müəssisəsinə baxış keçirilmişdir. Monitorinqlər zamanı mədəniyyət müəssislərinin və abidələrin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilmişdir. Hazırda monitorinq davam edir.

Azad Cəfərli Şuşa şəhərində də ölkə başçısının müvafiq tapşırığına əsasən inventarlaşdırma işləri aparıldığını diqqətə çatdırmış və daha sonra bu məqsədlə Şuşa şəhərinə ezam edilmiş Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin direktoru Telman Kərimliyə söz vermişdir.

Telman Kərimli Şuşa şəhərində yerləşən abidələrin ümumi vəziyyəti barədə məlumat verərək qeyd etdi ki, şəhər ərazisində yerləşən bir çox abidə tamamilə məhv edilmiş, mənimsənilmiş, bəzi abidələr isə memarlıq quruluşu, bədii estetik görkəmi dəyişdirilərək yararsız hala salınmışdır. Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin direktoru abidələrə dəyən zərərin qiymətləndirilməsi, həmçinin onların gələcək bərpası üçün hazırda aparılan işlərin əhəmiyyətindən danışdı.

Daha sonra söz “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, Şuşa şəhərinə ezam olunmuş nümayəndə heyətinin üzvü Faiq İsmayılova verilmişdir. O, çıxışında işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, təbliği və bərpası ilə bağlı işlərin həyata keçirilməsində vətəndaş cəmiyyətinin, elm dairələrinin və bu sahənin fəallarının iştirakının əhəmiyyətindən danışdı.    

Sonra söz videokonfrans iştirakçılarına verildi. Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlili, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq-alim Səfər Aşurov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı və digərləri çıxış edərək abidələrin qorunması və bərpası ilə bağlı təkiflərini, ideyalarını diqqətə çatdırdılar.

Çıxışlarda belə bir ümumi fikir ifadə olundu ki, Qarabağda tarixi abidələrin bərpasına təcrübəli mütəxəssislərin cəlb olunması, Şuşanın unikal tarixi-mədəni simasının qorunması istiqamətində fəaliyyətə hər kəs töhfə verməyə hazırdır. Bu cür görüşlərin təşkilini yüksək qiymətləndirdiklərini qeyd edən İctimai Şura üzvləri buna görə təşəkkür etdilər. Üzvlər tərəfindən təqdim olunacaq məlumatların vahid bir elektron mühitdə cəmlənməsi təklifi irəli sürüldü. Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərli həmin elektron mərkəzin yaradılmasını vacib hesab etdiyini bildirdi. Bununla əlaqədar saytın yaradılması ilə bağlı işlərin icrasının Dövlət Xidməti tərəfindən həyata keçiriləcəyi bildirildi.

Videokonfransa yekun vuran Azad Cəfərli iştirakçılara fəallığa görə təşəkkürünü bildirdi. O, İctimai Şura üzvləri ilə görüşlərin davamlı bir platforma ehtiva etdiyini diqqətə çatdırdı və bununla əlaqədar görüşlərin gələcəkdə də davam etdiriləcəyini qeyd etdi.

XƏBƏRLƏR

01.03.2021 19:24
Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
01.03.2021 13:55
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb
01.03.2021 12:08
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
27.02.2021 12:45
Mədəniyyət naziri Anar Kərimov Latviyanın Azərbaycandakı səfiri ilə görüşdü
26.02.2021 11:34
Xocalı soyqırımına həsr olunan sərgi keçirildi: “Unudulmaz faciə”
25.02.2021 18:07
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
23.02.2021 16:42
Mədəniyyət Nazirliyində Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
23.02.2021 13:52
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
23.02.2021 10:55
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.2021 09:37
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması ilə əlaqədar İtaliyalı ekspertlərlə görüş keçirildi
22.02.2021 09:31
Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib
22.02.2021 08:31
Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərini təqdim edir
19.02.2021 18:30
Nazir Anar Kərimov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
19.02.2021 15:27
Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
18.02.2021 19:35
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
18.02.2021 16:19
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.02.2021 11:35
Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub
18.02.2021 11:21
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
18.02.2021 09:28
Xalq şairi Nəriman Həsənzadəyə
16.02.2021 18:37
Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
16.02.2021 16:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
12.02.2021 12:26
Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib
11.02.2021 14:46
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
10.02.2021 15:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir
09.02.2021 15:36
Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı
05.02.2021 17:55
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi böyük bəstəkarın doğum gününü qeyd edib
05.02.2021 16:29
Dahi bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2021 15:10
“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu
05.02.2021 13:02
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı İşçi qrupunun onlayn iclası keçirilib